Virtual muzey: 8
Dərslər: 92
Videodərslər: 8
Məqalələr: 60
Elektron kitablar: 1
Proqramlar: 111
Görkəmli şəxslər: 20
Dahilər (video): 10
Bilirsinizmi?: 15
Offtop: 44
Tərcümələr: 2
Saytda: 7 istifadəçi





Əsas səhifə » Dahilər (video)

Повелитель молний sənədli filmi (rus dilində)

Nikola Tesla

Əlavə edib: Zaur Hüseynov

Əlavə edilib: 2011-02-19

Nikola Tesla - fizik, mühəndis, elektrotexnika və radiotexnika sahəsində ixtiraçıdır. Avstriya-Macarıstanda doğulmuşdur sonrakı illərdə əsasən Fransa və ABŞ-da işləmişdir. 1891-ci ildə amerika vətəndaşlığı əldə etmişdir. XIX əsrin sonu - XX əsrin əvvələrində elektrik və maqnetizm xüsusiyyətlərinin öyrənilməsi üçün elmi-inqilabi töhfəsinə görə çox məşhur olmuşdur. Teslanın patent və nəzəri işləri dəyişən cərəyanda işləyən müasir qurğular üçün əsas (bazis) oldu. Alimin mükafatları arasında E.Kresson, C.Skott, T.Edison medalı vardır. Müasirləri Teslanı "XX əsri yaradan insan" hesab edirdilər. Serbiyanın Mədəniyyət və Ekologiya naziri Nikola Teslanı dünya tarixində ən dahi alimlərdən biri adlandırır daha ətraflı

Baxılıb: 521



Pyer Küri (rus dilində)

Pyer Küri

Əlavə edib: İlqar Bayriyev

Əlavə edilib: 2011-02-18

Pyer Küri 1859-cu il 15 may tarixində Parisdə həkim ailəsində anadan olmuşdur. Təhsilini evdə almışdır. 16 yaşında Paris universitetinin bakalavr dərəcəsini almışdır. 1895-ci ildə Mariya Skladovskaya ilə evlənmişdir. 1897-ci ildən başlayaraq onlar birlikdə radiaktivlik hadisəsini tədqiq etməyə başladılar. 1903-cü ildə İsveç Kral Elmlər Akademiyası Pyer və Mariya Kürini fizika sahəsində Nobel mükafatına layiq gördü. 1904-cü ilin oktyabrında Sarbonna universitetinin professoru təyin edilmişdir. 1905-ci ildə isə Fransız Elmlər Akademiyasına akademik kimi qəbul edildi. Məhz onun üçün Paris universitetində ümumi fizika və radioaktiv şöbəsi yaradıldı. 1906-cı ilin aprelində Pyer Küri yağışlı bir gündə Parisdə küçə ilə gedərkən yıxıldı və faytonun altına düşdü. Araba təkəri onun başını əzdi və ölüm anında baş verdi. daha ətraflı

Baxılıb: 199



Mariya Küri (rus dilində)

Mariya Küri

Əlavə edib: İlqar Bayriyev

Əlavə edilib: 2011-02-18

Mariya Küri 1867-ci il 7 noyabrda Varşavada anadan olmuşdur. O zamanlar Polşa Rusiya İmperiyasının tərkibində idi və qadının ali təhsil alması məhdud idi. Bir neçə il tərbiyəçi kimi fəaliyyət göstərir, Fransada təhsil alan bacısına maddi cəhətdən yardım edir. Daha sonralar 24 yaşında olarkən böyük bacısının köməyi ilə Fransanın məşhur univeristetlərindən biri olan Sarbonnaya gedir və orada fizika və kimyadan təhsil alır. Daha sonralar univeristetdə müəllimə kimi fəaliyyət göstərir və burada gələcək əri Pyer Küri ilə tanış olur və 1895-ci ildə onlar evlənirlər. Radium elementini kəşf etmişdir və 2 dəfə Nobel mükafatına layiq görülmüşdür. Mariya Kyüri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Nobel mükafatını ilk dəfə həmçinin iki dəfə almış yeganə qadındır. Əri Pyer Küri ilə birlikdə Polonium və Radium elementini kəşf etmişdir. Mariya Küri uzun müddət radioaktiv elementlərlə təmasda olduğu üçün 1934-cü ildə vəfat etmişdir. O radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olduğu üçün radium elementini sinəsində talisman kimi gəzdirərmiş. daha ətraflı

Baxılıb: 169



Albert Eynşteyn (rus dilində)

Albert Eynşteyn

Əlavə edib: Hüseynov Emil

Əlavə edilib: 2011-02-11

Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçür və Prinston Universitetində professor kimi çalışmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır. II Dünya Müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Dr. Çaym Veizman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. Xirosima və Naqasaki faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında Copley Nişanı (1925) və Franklin Nişanı (1935) da var idi. 1921-ci ildə nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Nisbilik nəzəriyyəsi və xüsusilə də cisimlərin kütlə və enerjiləri arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir. 1999-cu ildə Time jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. daha ətraflı

Baxılıb: 290



Qalileo Qaliley (rus dilində)

Qalileo Qaliley

Əlavə edib: Zaur Hüseynov

Əlavə edilib: 2011-02-04

Qalileo Qaliley İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu olub, elmi inqilabda böyük bir rol oynamışdır. Qalileo "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır. 1564-cü ildə İtaliyanın Murdara şəhərində doğulmuşdur. Dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada aldı. 1581-ci ildə Murdara Universitetində tibb təhsilinə başladı. Ancaq pulsuzluqdan məktəbi tərk etdi. 1583-cü ildən etibarən riyaziyyata maraq duyan Qalileo, bu mövzudakı işləri sayəsində, 1589-cu ildə Murdarada professorluq əldə etdi. Rəqqasın, üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli bir düşüncəylə riyazi olaraq ələ alınması lazım olduğuna inanan Qalileo, Murdara Qülləsindən ağırlıq salaraq Aristotelin səhvini açıqca göstərdi. Bu davranışı yaşlı professorlarla anlaşılmazlığa düşməsinə səbəb oldu. 1592-ci ildə Murdaranı tərk edərək, Padova Universitetində riyaziyyat kürsüsünə gəldi. 1633-cü ildə Müqəddəs İnkvizisiya tərəfindən ömürlük həbsə məhkum edildi. 70 yaşında həbs edilen Qalileo kor oldu və 1642-ci ildə dünyasını dəyişdi. daha ətraflı

Baxılıb: 239



İsaak Nyuton (rus dilində)

İsaak Nyuton

Əlavə edib: Hüseynov Emil

Əlavə edilib: 2011-01-30

İsaak Nyuton ingilis riyaziyyatçısı,mexanik və fiziki, astronom və astroloqu, müasir fizikanın banilərindən biri olub. İsaak Nyuton 4 yanvar 1643-cü ildə İngiltərənin Qrentem şəhərciyinin yaxınlığındakı Vulstorp kəndində fermer ailəsində dünyaya gəlmişdi. Nyuton mexanikanın əsas qanunlarını formalaşdırıb, bütün fiziki hadisələrin təsvirinin vahid fiziki proqramını yaradıb. O, ümümdünya cazibə qüvvəsini kəşf edib, planetlərin Günəş ətrafında və Ayın Yer ətrafında hərəkətinin , habelə okeanlarda qabarma və çəkilmənin izahını verib. Akustkanın və fiziki optikanın əsasını da bu alim qoyub. Diferensial və inteqral hesabı Nyuton işləyib hazırlayıb. İşıq dispersiyasını, xromatik aberrasiyanı o kəşf edib, interferensiya və difraksiyanı araşdırıb, işığın korpuskulyar nəzəriyyəsini genişləndirib, güzgülü teleskop hazırlayıb, səma mexanikasının əsaslarını yaradıb. İsaak Nyuton 1727-ci ildə vəfat etmiş, İngiltərə krallarının, dövlət xadimlərinin dəfn olunduğu Vestminster abbatlığında böyük şərafətlə torpağa tapşırılmışdı. daha ətraflı

Baxılıb: 233



Leonardo Da Vinçi (rus dilində)

Leonardo Da Vinçi

Əlavə edib: İlqar Bayriyev

Əlavə edilib: 2011-01-30

Leonardo di ser Pyero da Vinçi (15 Aprel, 1452 - 2 May, 1519) - Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan" (Homo Universale) tipinin ən parlaq nümayəndəsi. O, Messer Pyero adlı hüquq məsləhətçisi və Katrina adlı sadə kəndli qızının nigahdankənar övladı olaraq İtaliyanın Florensiya şəhərində dünyaya göz açmışdır. Əlyazmalar elminin sirlərini Verokkiya adlı alimdən öyrənən da Vinçi tezliklə bu sahədə müəllimini üstələyir. Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı İ Françiskadan dəvət alır və Fransaya köçərək ömürünün sonun qədər burada yaşayıb yaradır. daha ətraflı

Baxılıb: 238



Maykl Faradey (rus dilində)

Maykl Faradey

Əlavə edib: Hüseynov Emil

Əlavə edilib: 2011-01-12

Maykl Faradey ingilis fiziki və kimyaçısı olmuşdur. Faradeyin ən böyük nailiyyəti elektrotexnika sahəsi üçün olmuşdur. 1821-ci ildə danemarkalı kimyaçı Ostred elektromaqnitizm fenomenini ixtira etdikdən sonra Faradey iki qurğu düzəldir. Bununla o məftil ətrafında maqnit qüvvəsinin dönməsini nümayiş etdirir. On il sonra o bir sıra sınaqlar aparır. 29 avqust 1831-ci ildə nəhayət Faradeyə elektromaqnit insuksiyasını kəşf etmək qismət olur. Bu sınaqlar mütərərəqqi elektromaqnit texnologiyasının əsasını qoyur. 1832-ci ildə Fradey elektroliz üçün əsas qanunu tərtib edir (Faradey qanunu). 1845-ci ildə o Faradey effektini kəşf edir. 1824-cü ildə o "Zadəganlar Cəmiyyəti"nə üzv seçilir. 1832 və 1838-ci illərdə o, bu cəmiyyət tərəfindən iki dəfə "Coley" medalı, 1835 və 1846-cı illərdə isə iki dəfə "Royal" medalı və 1846-cı ildə Rumford medalı ilə təltif olunmuşdur. daha ətraflı

Baxılıb: 230



Tomas Alva Edison (rus dilində)

Tomas Alva Edison

Əlavə edib: Hüseynov Emil

Əlavə edilib: 2011-01-12

Tomas Alva Edison - (11 fevral 1847 Ohayo, ABŞ - 18 oktyabr 1931, Vesti Orang, Nyu-Cersi, ABŞ) - dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar. ABŞ-da onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. Edisson 1073 ixtiranı şərik müəllifsiz yaratmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur. Heç bir insan həyatında Edison qədər patent almamışdır. 1928-ci ildə ABŞ-ın ən yüksək mükafatı olan - Konqresin qızıl medalı ilə təltif olunmuşdur. daha ətraflı

Baxılıb: 206



"Властелин мира" sənədli filmi (rus dilində)

Nikola Tesla

Əlavə edib: Zaur Hüseynov

Əlavə edilib: 2011-01-11

Nikola Tesla - fizik, mühəndis, elektrotexnika və radiotexnika sahəsində ixtiraçıdır. Avstriya-Macarıstanda doğulmuşdur sonrakı illərdə əsasən Fransa və ABŞ-da işləmişdir. 1891-ci ildə amerika vətəndaşlığı əldə etmişdir. XIX əsrin sonu - XX əsrin əvvələrində elektrik və maqnetizm xüsusiyyətlərinin öyrənilməsi üçün elmi-inqilabi töhfəsinə görə çox məşhur olmuşdur. Teslanın patent və nəzəri işləri dəyişən cərəyanda işləyən müasir qurğular üçün əsas (bazis) oldu. Alimin mükafatları arasında E.Kresson, C.Skott, T.Edison medalı vardır. Müasirləri Teslanı "XX əsri yaradan insan" hesab edirdilər. Serbiyanın Mədəniyyət və Ekologiya naziri Nikola Teslanı dünya tarixində ən dahi alimlərdən biri adlandırır. daha ətraflı

Baxılıb: 134



23 Fevral 2012-ci il
Cümə axşamı
Fləş plaqini yükləməmisiniz!

IP: 38.107.179.221
Səyyah: CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)


Dəstək olaq

Sorğu

Yüklənir...

Düşünmədən danışmaq nişan almadan atəş açmaq kimidir. Volter


UNİX-in tarixi Denis Riçin video oyunu köhnə PDP-7-yə keçirməsi ilə başladı.


Yeni məqalələrdən elektron poçt vasitəsilə xəbərdar ol
feeds
Email ünvanı daxil et:

Yeni dərslərdən elektron poçt vasitəsilə xəbərdar ol
feeds
Email ünvanı daxil et:


İnternetin sürətini yoxla